• https://www.facebook.com/necdetunuvar
  • https://www.twitter.com/@necdetunuvar
  • https://www.instagram.com/necdetunuvar
  • https://www.youtube.com/channel/UCjxIt73RTZjCQlvxODKl-mQ

ürkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri “TRT HABER” kanalının canlı yayımında Xocalı soyqırımına etiraz bəyanatı ilə çıxış ediblər.

İstanbul, 28 fevral, AZƏRTAC
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri “TRT HABER” kanalının canlı yayımında Xocalı soyqırımına etiraz bəyanatı ilə çıxış ediblər.
Dostluq qrupunun rəhbəri Necdət Ünüvar dünya birliyinin diqqətini bir daha 1992-ci fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımına yönəldərək bildirib ki, bu, təkcə Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı törədilmiş hərbi cinayətdir. Qeyd olunub ki, bu qanlı hadisəyə indiyədək obyektiv hüquqi-siyasi qiymət verilməməsi dünyada ikili standartların mövcudluğunu bir daha təsdiqləyir.
Xocalı soyqırımı qurbanlarına Allahdan rəhmət diləyən qardaş ölkənin deputatları bəyan ediblər ki, hər zaman Azərbaycanın yanında olan Türkiyə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətindəki səylərini bundan sonra da davam etdirəcək.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

http://m.azertag.az/xeber/835891



544 kez okundu

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu yapmak için tıklayın